Bu gün Dövlət Gömrük Komitəsi ilə Estoniya Vergi və Gömrük Şurası arasında onlayn formatda görüş keçirilib.
Bu barədə News365.az-a Dövlət Gömrük Komitəsindən bildirilib.
Məlumata görə, görüş mal və nəqliyyat vasitələri üzərində gömrük sərhəd buraxılış məntəqələrində həyata keçirilən gömrük nəzarəti və rəsmiləşdirilməsi əməliyyatlarına dair təcrübə mübadiləsinin aparılması məqsədilə təşkil olunub.
Qeyd edilib ki, görüşdə Azərbaycan ilə Estoniya gömrük orqanları arasında əməkdaşlığın mövcud vəziyyəti və gələcək inkişaf perspektivləri müzakirə olunub. Eyni zamanda gömrük əməliyyatları zamanı informasiya texnologiyalarının tətbiqi sahəsində əldə edilən nailiyyətlər, yeniliklər və qabaqcıl təcrübələr paylaşılıb. Həmçinin sərhəd keçid prosesləri, malların və nəqliyyat vasitələrinin qeydiyyatı, sərhədkeçmə ilə bağlı tətbiq edilən sadələşdirilmələr, tranzit əməliyyatlarının optimallaşdırılması, risklərin idarə olunması sistemləri, gömrük əməliyyatlarının rəqəmsallaşdırılması ilə bağlı fikir mübadiləsi aparılıb.