İsrail Dəməşq yaxınlığına desant endirdi

İsrail Dəməşq yaxınlığına desant endirdi
09:44

İsrail ordusunun desant qüvvələri Suriyanın paytaxtı Dəməşq şəhəri yaxınlığında eniş edib.

News365.az xəbər verir ki, bu barədə “Al Jazeera” telekanalı Suriya hərbi mənbəsinə istinadən məlumat yayıb.

Bildirilib ki, İsrailin Hərbi Hava Qüvvələrinə məxsus dörd helikopter onlarla əsgəri Dəməşqin qərbindəki Əl-Kisva ətrafında yerləşən Suriya ordusu kazarmalarının ərazisinə endirib.

Telekanalın məlumatına görə, İsrail desant qüvvələri ilə Suriya hərbçiləri arasında toqquşma olmayıb. 


Sizin reklam burada
Sizin reklam burada