Almaniya kansleri Fridrix Merz bildirib ki, Almaniya Ukrayna və Rusiya arasında istənilən şərtlər daxilində sülhün əldə olunmasını istəmir.
News365.az xəbər verir ki, bu barədə “The Guardian“ məlumat yayıb.
Məlumata görə, Ukraynanın kapitulyasiyası Moskvaya növbəti müharibəyə hazırlaşmaq üçün vaxt verəcək. O bildirib ki, müharibə dayandırılmalıdır. Lakin bu kapitulyasiya yolu ilə olmamalıdır.
"Biz Ukraynanın təslim olmasını istəmirik. Belə bir təslim olmaq Rusiya üçün yalnız vaxt qazanacaq və Putin bu vaxtdan növbəti müharibəyə hazırlaşmaq üçün istifadə edəcək", - Merz deyib.