“Cənab
Prezidentin “Əl-Ərəbiyyə”yə müsahibəsinə baxa bilməsəm də, mətnini tam oxudum.
Kifayət qədər əhatəli, geniş və peşəkar müsahibədir. Burada həm ergion, həm də
beynəlxalq siyasətlə bağlı çox vacib məsələlərə toxunub və gələcəyə dair ciddi
mesajlar verib”.
Bunu News365.az-a müsahibəsində
iqtisadçı ekspert Eldəniz Əmirov deyib. O bildirib ki, istər Rusiya və
İranla münasibətlər, istər Yaxın Şərqdə Azərbaycanın rolu, istərsə də Türk
dünyası ilə bağlı strateji yanaşmaları aydın ifadə edib:
“Xüsusilə, Zəngəzur
dəhlizi və ya Tramp marşrutu adlanan dəhlizin açılmasının Azərbaycan üçün sadə
məsələ olduğunu vurğulayıb. Mesaj isə ondan ibarətdir ki, kim orada işləyəcəksə,
hansı şirkət, podratçı, investor olursa-olsun, bu layihə texniki baxımdan qısa
müddətdə, yəni 1 ilə həyata keçirilə bilər.
Bununla
yanaşı, Azərbaycanın əhdəflərinin dəyişməyəcəyi, Ermənistan konstitusiyasında dəyişiklik
gözləntisinin olduğu, ərazi bütövlüyümüzə təhdid olacağı təqdirdə isə bunun Ermənistan
üçün fəlakətə çevriləcəyni bir daha qətiyyətlə bildirib. Həmçinin diqqətə
çatdırıb ki, Azərbaycan müharibə zamqnı digər infrastruktur və mülki vətəndaşlara
qarşı nəzakətli davranış sərgiləmişdir. (Yeri gəlmişkən bu Azərbaycanın çox
ciddi.üstünlüyünə.çevrildi sonra)
Enerji təhlükəsizliyi,
bərpaolunan enerji sahəsində Körfəz ölkələrinin iştirakı və Türk Dövlətləri Təşkilatının
gələcək qlobal rolu ilə bağlı mühüm məqamlar da xüsusi qeyd etdi.
Əlqərəz, bu
müsahibəni oxuyanda aydın olur ki, Azərbaycanın məqsədi dəyişməyib. Ölkə öz
yolunu sülh, sabitlik və əməkdaşlıq üzərində qurur. Yəni biz sadəcə hörmət və
sülh istəyirik!”
News365.az