BYD Yangwang U9 ilə yeni rekord qırıb.
News365.az xəbər verir ki, Almaniyada “ATP Testing Papenburg” test mərkəzində U9 saatda 472 km/saat sürətə çataraq elektrikli avtomobillər üzrə rekord qırıb.
Qeyd edək ki, tam şarjla 450 km məsafə qət edə bilən U9, sıfırdan 100 km/saat sürətə 2.36 saniyəyə çıxır. Avtomobilin bazar qiyməti 235 min dollardan başlayır.