Məktəbli çantası neçə kiloqram olmalıdır?

Məktəbli çantası neçə kiloqram olmalıdır?
10:00

Yeni tədris ilinə sayılı günlər qalıb. Və ötən hər gün valideynlərin qayğılarını bir qədər də artırır. Çünki yeni tədris ilinə hazırlıq məqsədi ilə valideynlər bəzən bir dünya ləvazimat alırlar. Və bu ləvazimatlarla dolu çantaların daşınması da bir başqa problemdir.

Mövzu ilə bağlı News365.az-a danışan pediatr Vaqif Qarayev deyir ki, məktəbli çantalarının çəkisi çox ağır olur:

“Hər ilin bu vaxtı qızğın müzakirələr gedir. Oturuşmuş normalar var. İbtidai siniflərdə dərslik və dərs ləvazimatları ilə dolu çantanın ağırlığı uşağın ümumi çəkisinin 10 faizi qədər olmalıdır. Məsələn, 1-ci sinif şagirdinin çantası 1,5-2 kq ağırlığında olmalıdır.

Bu belədirmi? Xeyr, belə deyil! Bəzi hallarda valideynlər ağır və allı-güllü çantalara üstünlük verirlər. Əksər hallarda isə məktəb müxtəlif lazımsız vəsaitlərlə doldurur çantaları. Hətta eyni məktəbin bir sinfində sanitar normalara əməl edilir, digərində isə hər gün valideynə nəsə aldırırlar. Uşaqlarda qamət pozğunluğunun bir səbəbi də çəkisinə uyğun olmayan ağır çantaları kürəyində daşımasıdır.

News365.az

 


Sizin reklam burada
Sizin reklam burada