Ötən gün Yevlaxda mübahisə zəminində bıçaqlanan Hüsü Talıbov vəfat edib.
News365.az xəbər verir ki, o, edilən tibbi müdaxilələrə baxmayaraq müalicə aldığı xəstəxanada ölüb.
Xatırladaq ki, hadisəni törətməkdə şübhəli bilinən zərərçəkmişin 36 yaşlı oğlu Vüsal Talıbov polis əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində saxlanılıb.
Faktla bağlı cinayət işi başlanılıb. İbtidai istintaq aparılır.
Qeyd edək ki, saxlanılan şəxs – V.Talıbov Vətən müharibəsi qazisidir.