Qəzənfər Abbasov İSTEFA VERDİ

Qəzənfər Abbasov İSTEFA VERDİ
19 Mar 2025 12:23

Futbol üzrə Azərbaycan I Liqasında çıxış edən MOİK-də ayrılıq yaşanıb.

News365.az xəbər verir ki, baş məşqçi postunda çalışan Qəzənfər Abbasov MOİK-i tərk edib

Bu barədə mütəxəssis öz sosial şəbəkə hesabında paylaşım edib:

Bu gün bir məşqçi kimi seçim edərək, MOİK ilə yolumu ayırmaq qərarına gəldim. Hər zaman klubun adını yüksəkdə tutmaq və uğur qazanmaq üçün əlimdən gələni etdiyimə inanıram. MOİK-ə gələcəkdə uğurlar arzulayıram".

Qeyd edək ki, o, 2022-ci ilin qışından bu vəzifədə idi.


Sizin reklam burada
Sizin reklam burada