Fransada iki reaktiv təyyarə toqquşub.
News365.az xəbər verir ki, bu barədə ölkənin silahlı qüvvələrinin naziri Sebastyan Lekornu X sosial şəbəkəsində məlumat yayıb.
“Fransanın şərqində iki “Alfa Jets” təyyarəsinin manevrləri zamanı qəza baş verib. Xilasetmə xidmətləri hadisə yerinə cəlb olunub”, - o yazıb.
Görüntülərdən bəlli olur ki, iki təyyarə dönüş həyata keçirərkən toqquşub.