Tramp Ərdoğanı səfirə belə təriflədi ABŞ Prezidenti Donald Tramp ölkəsinin Ankaradakı səfirliyinə namizədliyini irəli sürdüyü Tom Barakı Ağ Evdə qəbul edib.
News365.az xarici KİV-ə istinadla xəbər verir ki, ABŞ lideri qəbul zamanı Türkiyənin və lideri Rəcəb Tayyib Ərdoğanın ünvanına xoş sözlər deyib.
Əvvəlcə Barak Trampla işləməkdən məmnun olduğunu deyib və ona təşəkkürünü bildirib. Diplomat daha sonra Türkiyəni “ən qədim sivilizasiyalardan biri” adlandırıb.
ABŞ Prezidenti Tramp isə Barakın sözlərinə “yaxşı ölkədir, lideri də yaxşıdır” deyərək qarşılıq verib.