Xəbər verdiyimiz kimi, bu gün Vaşinqtonda sərnişin təyyarəsi ilə hərbi helikopter toqquşub. Ümumilikdə təyyarənin göyərtəsində 64 nəfər olub, onlardan dördü ekipaj üzvüdür. Helikopterdə isə 3 hərbçinin olduğu məlumdur. Hazırda axtarış-xilasetmə işləri davam etdirilir.
News365.az “RBK” portalına istinadən xəbər verir ki, təyyarənin göyərtəsində 1994-cü ildə fiqurlu konkisürmə üzrə dünya çempionları, Rusiya milli komandasının üzvləri Yevgeniya Şişkova və Vadim Naumov da olublar.
Onların taleyi barədə hələ məlumat yoxdur.