Qəzadan sonra yolda böyük "pivə gölməçəsi" yarandı - VİDEO

Qəzadan sonra yolda böyük "pivə gölməçəsi" yarandı - VİDEO
11:35

Rusiyada maraqlı hadisə baş verib. Sankt-Peterburqda dairəvi yolda minik avtomobili ilə pivə daşıyan yük maşını toqquşub. Bu barədə “78.Novosti" Telegram kanalı məlumat yayıb. Qeyd edilib ki, nəticədə ərazidə böyük "pivə gölü" yaranıb. Bəzi saytlar yazıb ki, fürsətdə istifadə edənlər sınmış pivə balponlarından yararlanıblar. Lakin əraziyə polis gəldiyindən hər kəs uzaqlaşıb.


"Hadisə daxili halqanın 47-ci kilometrliyində baş verib. Zərbənin təsirindən yarımqoşqu qopub, pivə qutuları asfaltın üzərinə dağılıb. Onların çoxu partlayıb", - məlumatda deyilir.


Hadisə şahidləri insidenti sonrakı anlarını videoya çəkiblər. Görüntülərdə yolda dayanmış yük maşınının ətrafında dağılmış pivə qutularının olması əks olunub. Kadrlarda içkinin yola tökülməsi də görünür.



Tural


Sizin reklam burada
Sizin reklam burada