"Büdcə layihəsində 1,4 mlrd manatlıq uyğunsuzluq müəyyən edilib"- Palata sədri

"Büdcə layihəsində 1,4 mlrd manatlıq uyğunsuzluq müəyyən edilib"- Palata sədri
12:20

“2024-cü ildə Hesablama Palatası tərəfindən dövlət büdcəsinin və büdcədənkənar dövlət fondlarının büdcələrinin layihələri və icrası üzrə 6 rəy, yenidən baxılma üzrə layihələrə isə 3 rəy hazırlanaraq təqdim olunub. Rəylər büdcə layihəsi və icrası barədə təqdim edilən məlumatların qanunvericiliyə, ölkənin strateji sənədlərinə uyğunluğu, büdcə parametrlərinin düzgünlüyü və tamlığı barədə Hesablama Palatasının qiymətləndirici mövqeyini məhdud əminliklə ifadə edib”.

News365.az xəbər verir ki, bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov parlamentdə ötən ilin hesabatını təqdim edərkən deyib.

“2023-cü ilin dövlət büdcəsinin icrasına və 2025-ci ilin büdcə layihəsinə verilmiş rəylər ilə müəyyən edilmiş uyğunsuzluq məbləği 1,4 mlrd. manat olub. Uyğunsuzluqlar arasında vahid büdcə təsnifatına əməl olunmaması üstünlük təşkil edib”, -  Palata sədri bildirib.

O əlavə edib ki, dövlət büdcəsinin icrası və layihəsinə rəylər üzrə nəzərə alınmış tövsiyələr məbləğ ifadəsində 260,5 mln. manat olub.

“Müsbət məqamlardan biri də odur ki, büdcə sənədləşməsi Parlamentə təqdim edilənədək düzgün planlamama ilə bağlı məqamların əksər hissəsi aradan qaldırılır”, - o qeyd edib.


Sizin reklam burada
Sizin reklam burada