Deputat bu şəxsləri Parlamentə ÇAĞIRDI - ONLARDAN SORUŞAQ

Deputat bu şəxsləri Parlamentə ÇAĞIRDI - ONLARDAN SORUŞAQ
12:00

"Fəaliyyətində qüsurlar aşkarlanmış dövlət qurumlarının rəhbərlərinin və məsul şəxslərinin Parlamentə dəvət olunmasınını istəyirəm ki, bizi narahat edən sualları onlardan soruşaq".

News365.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında  deputat Razi Nurullayev deyib.

R.Nurullayev izah edib ki, Hesablama Palatası hesabatı təqdim edir və proses bu gündən sonra bağlanır:

"Bu qədər asan yanaşma? Maraqlıdır ki, hansı məsuliyyətə cəlb etmə halları, maliyyə sanskiyaları həyata keçirilib? Kimlərsə, vəzifədən alınsın, çıxarılsın, həbsə atılsın demirəm, belə arzum da yoxdur. Amma, istərdim ki, Hesablama Palatasının hesabatı müəyyən təlatümlər yarada bilsin və dövlət orqanlarının məsuliyyətinin artmasında dönüş yaratmağı bacarsın".

Deputat qeyd edib ki, narahat olduğu məqamlardan biri də büdcə vəsaitinin təyinatı üzrə xərclənməməsi, deposit hesablarda saxlanması, süni şəkildə şişirdilməsi  və büdcəyə qaytarılmasıdır. 

"Bu üç məsələdən birinin üzərində dayanmaq istəyirəm. Müxtəlif sahələr üzrə ciddi maliyyə ehtiyacları yaranır. Vətəndaşlardan müxtəlif problemlərin həllinə kömək ilə bağlı on minlərlə şikayət məktubları daxil olur. Belə olan halda, dövlət orqanının vəsaiti təyinatı üzrə xərcləmədən büdcəyə qaytarması qəbuledilməzdir. Bu ona bənzəyir ki, onlarla insanın kəskin baş ağrıları var, onlarla qutu ağrıkəsici olan Parasetomolu onlara vermədən depoya qaytarırsan. Bu ciddi şəkildə məsuliyyət yaratmalıdır. Həm də çox ciddi".


Sizin reklam burada
Sizin reklam burada