ABŞ Ukraynada sülhməramlılara maliyyə yardımı göstərə bilər -"NYP"

ABŞ Ukraynada sülhməramlılara maliyyə yardımı göstərə bilər -"NYP"
11:20

ABŞ prezidenti Donald Tramp üç gün ərzində Ukraynaya dair sülh planını açıqlayacaq. Bu plana Avropa sülhməramlılarının ölkəyə yerləşdirilməsi və onların Vaşinqtondan maliyyə dəstəyi alması daxil ola bilər. Bu barədə "New York Post" qəzeti məlumat yayıb. Nəşr öz mənbələrinə istinad edib.

“Prezident Tramp bazar ertəsi bildirib ki, o, Ukraynada müharibə ilə bağlı təklif etdiyi sülh planının məzmununu bu həftə açıqlayacaq",- məqalədə yazılıb. 

Hansı ki, plana əsasən təklif olunan atəşkəsə tərəflərin əməl etməsi  üçün Avropa qoşunları işə başlamalıdır. Onlar döyüşlərin davam etdiyi ölkədə(Ukrayna-red.) yerləşdirilməlidir.

Eyni zamanda, qəzetin mənbələrinin bildirdiyinə görə, ABŞ da sülhməramlı kontingentdə iştirak edə bilər. Lakin amerikalılar  hərbi qüvvə kimi deyil, üçüncü tərəflə birlikdə maliyyə gücü kimi prosesə qatılacaqlar.

Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçdi. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ukrayna ordusu 2024-cü ildə gözlənilmədən Rusiyanın Kursk vilayətinə girdi. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib. Kurskun işğalda qalmış əraziləri yenidən geri qaytarılıb.



Tural


Sizin reklam burada
Sizin reklam burada