Çinin Şanxay şəhərində maraqlı restoran açılıb. “South China Morning Post”un yaydığı məlumata görə, iş adamlarından biri ziyarətçiləri fil nəcisi ilə qidalandıracaq bahalı restoran açıb.
Qeyd edilib ki, 15 yemək növündən ibarət xüsusi naharın qiyməti 3888 yuan olacaq.
Desertlərdən biri “Fil peyinində çiçəklər” adlanır. Onun tərkibi qurudulmuş və dezinfeksiya edilmiş fil nəcisindən ibarətdir ki, bu desertin üzəri meyvə mürəbbəsi, bitki tozları və bal şərbəti ilə bəzədilir.
Bundan əlavə, nəşr qeyd edib ki, ziyarətçilərə dibçək bitkilərindən yarpaqları götürərək souslardan dadmaq da təklif olunub. Bəzi qidalar çürümüş ət iyi verib.
"South China Morning Post"un məlumatına görə, restoranın sahiblərindən biri Şanxaya Fransadan, digəri isə Çinin Yunnan əyalətindən gəlib. Onlar iddia edirlər ki, müəssisəni açmazdan əvvəl yeddi il Yunnanın tropik meşələrini araşdırıblar.
Tural