Ermənistan parlamentində dava düşdü – ANBAAN VİDEO

Ermənistan parlamentində dava düşdü – ANBAAN VİDEO
22 Apr 2025 12:51

Ermənistan parlamentinin bu gün keçirilən iclasında iqtidarla müxalifətdən olan deputatlar arasında dava düşüb.

News365.az xəbər verir ki, bu barədə görüntüləri erməni mətbuatı yayıb.

Davaya isə spiker Alen Simonyanın fikirləri şərait yaradıb. O, qeyd edib ki, müxalif “Hayastan” fraksiyasının daxilində çəkişmə var və onlar Daşnaksütyunun mövqeyindən çıxış edirlər.

Bundan sonra vəziyyət gərginləşib. Daşnak deputat Qarnik Danielyan oturduğu yerdən ona qarşı çıxmağa çalışıb və şifahi davaya hakim “Vətəndaş müqaviləsi” partiyasının deputatları müdaxilə ediblər.

Mübahisə deputatların bir-birinin üstünə qışqırmağı və əlbəyaxa dava ilə nəticələnib.

Spiker vəziyyəti ələ almaq üçün mühafizə xidmətinə zəng edib və 20 dəqiqəlik fasilə elan edib.



Sizin reklam burada
Sizin reklam burada