Qadın pəncərədən YIXILDI

Qadın pəncərədən YIXILDI
22 Apr 2025 13:56

Türkiyənin Kayseri şəhərində 65 yaşlı Nurgül Köstelekoğlu 4-cü mərtəbədəki evinin pəncərələrini təmizləyərkən müvazinətini itirərək betona yıxılıb. 

News365.az-ın məlumatına əsasən, hadisə Zümrüt məhəlləsi Dünya küçəsində yerləşən 12 mərtəbəli binada baş verib. Ətrafdakıların xəbəri üzərinə hadisə yerinə polis və sağlamlıq qrupları cəlb olunub.

Ağır yaralanan N.Köstelekoğlu ilkin tibbi yardımdan sonra Kayseri Şəhər Xəstəxanasına aparılıb.


Sizin reklam burada
Sizin reklam burada