Rusiyada maraqlı hadisə baş verib. "Ostorojno, Moskva" Telegram kanalınını yaydığı məlumata görə, Podolskda söndürülməsi müşkülə çevrilmiş manqala görə bir neçə avtomobil yanıb.
"Podolsk şəhərindəki "Vesennıy" yaşayış kompleksinin yaxınlığında dayanacaqda bişirilən kababa görə bir neçə avtomobil yanıb. Yerli sakinlərin sözlərinə görə, yanğın tez bir zamanda ot örtüyünə, sonra isə avtomobillərə keçib", - məlumatda deyilir.
Hadisə şahidləri xeyli sayda sürücüyə ziyan vuran insidenti videoya çəkiblər. Görüntülərdə avtomobillərin və otların yanması əks olunub. Hadisə yerinə gələn xilasedicilər yanğını söndürüblər. Yerli sakinlərin sözlərinə görə, yanğınsöndürənlərin gəlməsinə on dəqiqə qalmış avtomobillər yanıb.
Tural