Ukrayna lideri Vladimir Zelenski Roma Papası Fransiskin dəfn mərasimində iştirak etməyi planlaşdırır. Bu barədə Ukrayna mediası məlumat yayıb.
“Prezident Zelenski Papa Fransisklə vida mərasimində iştirak etməyi planlaşdırır”, - nəşrin açıqlamasında deyilir.
Bildirilib ki, Papa ilə vida mərasimi onun sələflərinin dəfn mərasimlərindən fərqlənəcək. Papanın cəsədi ehtiram üçün cənazə maşınında göstərilməyəcək. Bundan başqa, tabutun bağlanması mərasimi də ləğv edilir.
Qeyd edək ki, Papa Fransisk aprelin 21-də, Pasxa bayramının ertəsi günü vəfat edib. 88 yaşlı papanın son zamanlar səhhətində ciddi problemlər yaranmışdı. "Vatican News"un yaydığı məlumata görə, ali din xadiminin ölümünə səbəb insultun yaratdığı koma və ürəyin dayanması olub.
Fransisk Roma Katolik Kilsəsinin ilk Latın Amerikasından olan rəhbəri idi. Əsl adı Xorxe Mario Berqolyo olan Fransisk 1936-cı ildə Argentinada anadan olub. O, 2013-cü ildən pontifik taxtında idi. Roma Katolik kilsəsinin rəhbəri fəaliyyəti müddətində müxtəlif xəstəliklərdən əziyyət çəkib.
Tural