Rəsmi Vaşinqton NATO müttəfiqlərindən Çinin peyk rabitəsi xidmətlərindən imtina etməyi tələb edir. Bu barədə Nextgov/FCW və Defense One nəşrləri ABŞ Dövlət Departamentinə istinadən məlumat yayıb.
Dövlət Departamentinin sənədlərində deyilir: "Çin provayderləri tərəfindən göstərilən peyk xidmətlərinin ölkənizdə icazə verilməməsini təmin etmək vacibdir".
Sənəddə həmçinin iddia edilir ki, Amerika peyk rabitəsi sistemləri guya daha etibarlıdır. Dövlət Departamenti Amerika müttəfiqlərini hədələyərək xatırladıb ki, "SpaceX" digər ABŞ şirkətləri kimi tərəfdaşların peyk rabitə sistemlərinə çıxışını məhdudlaşdırmaq və ya dayandırmaq hüququnu özündə saxlayır.
Tural