Bundan əvvəl Rusiya İstintaq Komitəsi cinayət işi üzrə ibtidai istintaqın müddətini fevralın 18-dək uzadıb.
Qeyd edək ki, hadisə 2024-cü il aprelin 17-də baş verib. 21 yaşlı Şahin Abbasov Krasnodarskaya küçəsində çoxmərtəbəli binanın yaxınlığında səkidə maşın saxladığına görə ona irad bildirən baykeri bıçaqlayıb.
Bundan dərhal sonra o qaçıb və zərərçəkən ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Həkimlər onu xilas edə bilməyiblər.
Xatırladaq ki, azərbaycanlı Şahin Abbasov qətl törədəndən sonra onların evində polis tərəfindən axtarış aparılıb. Nəticədə 44 milyon rubl (təxminən 796 min 400 manat) və 300 min dollardan çox pul aşkar edilərək götürülüb. Onun atası Nizami Abbasov tapılan pullarla bağlı bildirmişdi ki, onları 10 ildir saxlayır.