Qərb sərmayəçilərinin dondurulmuş aktivlərindən əldə olunan gəliri Rusiya istifadə edəcək.
News365.az xəbər verir ki, bunu Rusiyanın maliyyə naziri Anton Siluanov deyib.
Siluanov Qərbin analoji addımına qarşı eyni cavab tədbiri görəcəklərini qeyd edib:
"Biz də eyni şeyi edirik. Əgər Qərb dövlətləri bizim aktivlərimizdən əldə olunan gəlirlərdən istifadə etmək qərarına gəlsələr, Rusiya tərəfi mütləq adekvat addımlar atacaq. Ona görə də biz Qərb investorlarının və Qərb maliyyə bazarı iştirakçılarının və şirkətlərinin resurslarını da dondurmuşuq".