Türkiyə prezidenti R.T.Ərdoğan Rusiya prezidenti V.Putini dünya liderləri önündə qoruyub. G20 sammitində NATO ölkələrinə kritik çağırış edib.
News365.az xəbər verir ki, mövzuyla bağlı politoloq Əlimusa İbrahimov şərhini səsləndirib. O qeyd edib ki, Rusiyayla Türkiyə münasibətlərinin gərginləşməsi ilə bağlı xəbərlər var idi. Rusiyanın rəsmi şəxsləri Türkiyənin Ukraynayla yaxın münasibətdə olmasını dəfələrlə diqqətə çatdırıb. Politoloq hesab edir ki, Türkiyə prezidentinin bu addımı Rusiyayla münasibətləri normallaşdırmağa yönəlib.