Rusiya aviasiyası Kupyanskda Ukrayna Silahlı Qüvvələrinin kəşfiyyat bölüyünü məhv edib. Həmçinin Ukrayna bölmələrinin 80-ə qədər şəxsi heyəti də öldürülüb. Bu barədə Life SHOT Telegram kanalı məlumat yayıb.
Telegram kanalının məlumatına görə, taktiki hücum zamanı rus hərbçilər yeddi döyüş mövqeyini ələ keçirib.
Qeyd edək ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.