"Qərb ölkələri Rusiya ilə mübarizə aparmaq üçün Belarusda ikinci cəbhə açmağa çalışırlar".
Bunu Rusiya mediasına müsahibəsində LDPR lideri və Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsinin rəhbəri Leonid Slutski deyib.
Onun sözlərinə görə, Qərb dövlətləri Belarusda çevriliş etmək və orada yeni anti-Rusiya tramplini yaratmaq istəyirlər.
“Ancaq əminəm ki, bütün bu kimi planlar puç olacaq. Həm Moskvanın, həm də Minskin buna cavab verəcəyi bəzi şeyləri var”, - Slutski bildirib.
Siyasətçi həmçinin xatırladıb ki, Rusiyanın yenilənmiş nüvə doktrinasında Moskvanın Belarusa təcavüz olacağı təqdirdə nüvə silahından istifadə etmək imkanları nəzərdə tutulur.
Tural