İranın Buşəhr əyalətinin Daştestan şəhərinin Bazarjan rayonunda Rixter şkalası üzrə 4,6 maqnitudalı zəlzələ olub.
News365.az xəbər verir ki, məlumatı “Mehr” agentliyi yayıb.
Məlumata görə, yeraltı təkan 6 km dərinlikdə yerləşib.
Zəlzələnin episentri Barazjandan 13 km, Vəhdətiyyədən 17, Saadabaddan 20 km məsafədə olub. İtki və dağıntı barədə məlumat yayılmayıb.