Amerikalı spiker transseksual siyasətçiyə qadın tualetinə getməyi qadağan etdi

Amerikalı spiker transseksual siyasətçiyə qadın tualetinə getməyi qadağan etdi
10:27

ABŞ-də maraqlı siyasi qalmaqal yaşanıb. Nümayəndələr Palatasının spikeri Mayk Conson bəyan edib ki, transgenderlərin Kapitoli və digər Nümayəndələr Palatasının binalarında olan qadın tualetlərinə buraxılmayacağını söyləyib. Bu barədə Washington Post yazıb.

Conson qayda dəyişikliyini demokrat Sarah MkBraydın ilk transseksual kimi ABŞ Konqresinə seçilməsindən iki həftə sonra elan edib.

"Kapitoli və digər binalarda tualet və soyunub-geyinmə otaqları iki cins üçün ayrılıb",-  Conson deyib.

O, həmçinin vurğulayıb ki, kişilər qadına çevrilə bilməz və qadınların öz məkanları olmalıdır.

Tural


Youtube kanalımız

Oxşar xəbərlər