Qəbələdə yaşayış binasında yanğın - sakinlər təxliyə edildi

Qəbələdə yaşayış binasında yanğın - sakinlər təxliyə edildi
15 Mar 2025 09:36

Qəbələ rayonunun Zarağan kəndində beşmərtəbəli yaşayış binasının pilləkən qəfəsində quraşdırılan elektrik lövhəsi yanıb.

Bu barədə News365.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.

Hadisə zamanı yanğınsöndürənlər tərəfindən binanın 9 nəfər sakini təhlükəsiz əraziyə təxliyə edilib. Mənzillər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Sizin reklam burada
Sizin reklam burada