Qazaxıstan və Özbəkistan prezidentləri Daşkənddə görüşüb

Qazaxıstan və Özbəkistan prezidentləri Daşkənddə görüşüb
10:12

Qazaxıstan dövlət başçısı Kasım-Jomart Tokayev Daşkənddə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev ilə danışıqlar aparıb.

News365.az xəbər verir ki, bu barədə Qazaxıstan Prezidentinin mətbuat xidməti məlumat yayıb.

    Görüşdə dövlət başçıları Qazaxıstan-Özbəkistan strateji tərəfdaşlığı və müttəfiqliyinin gələcək inkişaf perspektivlərini ətraflı müzakirə ediblər.

    Prezidentlər ticarət, sənaye kooperasiyası, nəqliyyat və logistika, energetika, kənd təsərrüfatı, su ehtiyatları, eləcə də mədəni-humanitar sahədə qarşılıqlı fəaliyyət kimi prioritet sahələrdə əməkdaşlığın möhkəmləndirilməsi məsələlərini nəzərdən keçiriblər.

    Regional və beynəlxalq gündəliyin aktual məsələlərinə dair fikir mübadiləsi aparılıb.

     


    Sizin reklam burada
    Sizin reklam burada