Diyarbəkirdə dəhşətli cinayət: məhkum həyat yoldaşını işgəncə ilə öldürüb.
News365.az xəbər verir ki, Türkiyənin Diyarbəkir şəhərində həbsxanadan 11 günlük icazə ilə çıxan şəxs həyat yoldaşlarından birini işgəncə verərək boğub öldürüb.
Məlumata görə, həmin şəxsin həbsxanadan çıxmazdan əvvəl də həyat yoldaşlarını ölümlə hədələdiyi müəyyən edilib.
Hadisə ilə bağlı araşdırma aparılır.