Hər bir vətəndaş haqlı olaraq dayanıqlı iş yeri istəyir - Zahid Oruc

Hər bir vətəndaş haqlı olaraq dayanıqlı iş yeri istəyir - Zahid Oruc
13:18

"Əlbəttə, hər bir vətəndaş haqlı olaraq, yaxşı həyat, sabit gəlir və dayanıqlı iş yeri istəyir. 2025-ci ildə inflyasiya, ərzaq məhsullarının qiymət artımı, paytaxt və bölgələr arasında inkişaf fərqləri hələ də qalır. Lakin parlaq Zəfəri xalqımıza qazandıran lider bütün vətəndaşlarımızı layiqli rifaha qovuşdurmağa qadir tək dövlət başçısıdır".

News365.az xəbər verir ki, bunu deputat Zahid Oruc parlamentdə çıxışı zamanı deyib.

O əlavə edib ki, Azərbaycan növbəti ilə başqa xalqlar kimi, təhlükəsizlik axtarışları ilə deyil, ilk dəfə bütövlük və suverenlik şəraitində qələbəmizin siyasi coğrafiyasını genişləndirmək üçün daxil olur: 

"Ali Baş Komandanın məqsədi Cənubi Qafqazda davamlı sülh yaratmaq və gələcək nəsillərə müharibəsiz, qorxusuz, bütöv Vətən miras qoymaqdır". 


Sizin reklam burada
Sizin reklam burada