Qaradağ oğurluq edən şəxs saxlanılıb.
DİN-dən News365.az-a verilən məlumata görə, Qaradağ rayon ərazisində yerləşən iki marketdən oğurluqlar edilib və nəticədə zərərçəkənlərə 1200 manata yaxın maddi ziyan vurulub.
Qaradağ RPİ 38-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 40 yaşlı R.Hüseynov müəyyən olunaraq saxlanılıb.