Türkiyənin “Beşiktaş” klubu daha bir gənc futbolçunu heyətinə qatıb.
Türkiyə mətbuatı xəbər verir ki, “Ümraniyespor”un aşağı yaş qruplarında çıxış edən 13 yaşlı qapıçı Muhammet Salih Türken bundan sonra karyerasını İstanbul təmsilçisinin akademiyasında davam etdirəcək.
Gənc qapıçı nümayiş etdirdiyi oyun və fiziki göstəriciləri ilə diqqət çəkir. Cəmi 13 yaşı olmasına baxmayaraq, boyu artıq 1,82 metrə çatan Muhammet Salih Türken gələcək üçün böyük ümidlər vəd edir.

Xüsusilə rəqib hücumçularla üz-üzə qaldığı epizodlarda etdiyi uğurlu seyvlər onun əsas üstünlüklərindən hesab olunur. Gənc qapıçının təkbətək mübarizələrdəki inamlı oyunu və çevikliyi futbol ictimaiyyətinin diqqətini çəkib. İstanbul klubunda onun gələcəkdə əsas komandanın qapıçılarından birinə çevriləcəyinə ümid bəslənilir.