Qanunsuz ov edən şəxs SAXLANILDI

Qanunsuz ov edən şəxs SAXLANILDI
21 Dek 2024 18:23

Lerik rayonunda qanunsuz ov faktı aşkarlanıb.

News365.az xəbər verir ki, Lerik Rayon Polis Şöbəsinin əməkdaşlarının qanunsuz ovun, mülki silahın daşınması qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə keçirdikləri tədbirlər nəticəsində A.Vəliyevin rayonun Xanagah kəndi ərazisində qanunsuz ov etdiyi müəyyən olunub.

Ondan 1 ədəd qanunsuz saxladığı ov tüfəngi və qanunsuz ovlanmış çöl dovşanı aşkarlanıb.

Araşdırma aparılır.


Youtube kanalımız