"Formula 1" üzrə Azərbaycan Qran-prisində üçüncü sərbəst yürüş başlayıb.
News365.az-ın məlumatına görə, mübarizəyə saat 12:30-da start verilib.
Bu gün əsas pilotların sıralama turu da gerçəkləşəcək.
Ötən gün "Mersedes" pilotu Corc Rassell birinci və ikinci sınaq yürüşündə ən yaxşı nəticəni göstərib.
Qeyd edək ki, Azərbaycan Qran-prisində əsas yarış sentyabrın 26-da keçiriləcək.