Qadını sudan çıxardı, özü isə həyatını itirdi

Qadını sudan çıxardı, özü isə həyatını itirdi
09:43

Bərdədə kişi su kanalında boğulan şəxsi xilas edərkən ölüb.

News365.az xəbər verir ki, hadisə Nazirli kəndində baş verib.

Belə ki, 1957-ci il təvəllüdlü Yasin Kərimov 1981-ci il təvəllüdlü Sərəncam Kərimovanı su kanalından çıxarmaq istəyərkən boğularaq ölüb. Sərəncam Kərimova isə sudan sağ olaraq çıxarılıb.

Faktla bağlı araşdırma aparılır.


Sizin reklam burada
Sizin reklam burada