Qadını şantaj edən şəxs SAXLANILDI

Qadını şantaj edən şəxs SAXLANILDI
20 Mar 2025 12:35

Bakıda qadını şəkilləri ilə şantaj edən şəxs saxlanılıb.

Bu barədə News365.az-a DİN-in mətbuat xidmətindən məlumat verilib.

Paytaxt sakini olan 19 yaşlı qadın polisə müraciət edərək bir nəfərin ona məxsus fotoşəkillərini sosial şəbəkələrdə yayacağı ilə hədə-qorxu gəldiyini, 100 manatını aldığını və daha 300 manat pul tələb etdiyini bildirib. Polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində hədə-qorxu yolu ilə tələb etməkdə şübhəli bilinən 22 yaşlı İ.Əlibəyli müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdilir.


Sizin reklam burada
Sizin reklam burada