Putini şoka salmaq vaxtıdır, yoxsa qalib gələcək - Conson

Putini şoka salmaq vaxtıdır, yoxsa qalib gələcək - Conson
09 Fev 2025 16:05

Ukrayna Qərbdən real təhlükəsizlik zəmanəti almalıdır, əks halda müharibə Putinin zəfəri ilə başa çatacaq.

News365.az xəbər verir ki, bunu Britaniyanın keçmiş baş naziri Boris Conson deyib.

“İndi Qərbin öz qətiyyətinin gücü ilə Putini şoka salmaq vaxtıdır. Bunu etməyə qadir olan isə ABŞ-ın yeni Prezidenti Donald Trampdır. O, indi, bu kritik anda Putinə qarşı durmaq üçün lazım olan cəsarətə malikdir”, - Conson bildirib.


Sizin reklam burada
Sizin reklam burada