"Kursk əməliyyatı Ukrayna ordusunun ən uğurlu hərbi əməliyyatdır"- Hərbi ekspert

"Kursk əməliyyatı Ukrayna ordusunun ən uğurlu hərbi əməliyyatdır"- Hərbi ekspert
11:22

"Əlbəttə ki, Kursk əməliyyatı Ukrayna ordusunun bütün müharibə dövründə – yəni bu 3 il ərzində, demək olar ki, 1087 gün ərzində həyata keçirdiyi ən uğurlu hərbi əməliyyatdır. Təəssüf ki, artıq əvvəlki miqyas Ukrayna Silahlı Qüvvələrinin əlində qalmayıb və demək olar ki, əvvəlki günlərdə əldə etdiyi ərazilərin 50 faizini itirib. Ardınca isə Rusiya Silahlı Qüvvələri Kurskda yerləşən hərbi birləşmələri, Ukrayna hərbi birləşmələrini mühasirəyə almaq üçün Sumı vilayətinə daxil olublar."

Hərbi ekspert Ramil Məmmədli bunu News365.az-a açıqlamasında deyib. 

"Onlar həm şimal istiqamətindən, həm cənub istiqamətindən, həm də şimal-cənub istiqamətindən irəliləyiblər. Hazırda bu istiqamətdə çox ağır döyüşlər gedir. Bu, Rusiyanın əvvəldən həyata keçirmək istədiyi hərbi əməliyyat idi. Onların məqsədi Xarkovla Sumı şəhəri arasındakı yolu bağlamaq və nəqliyyat nəzarətini ələ keçirməkdir.

Təbii ki, bu müharibədə risklər kifayət qədər böyükdür. Bir çox ölkələr baş verən hadisələri fərqli şəkildə təhlil edirlər. Görünən odur ki, Kurskda ilkin mərhələdə böyük əraziləri itirən Rusiya indi bu istiqamətdə – yəni Luqansk, Donetsk, Xerson və Xarkov istiqamətlərində hərbi əməliyyatların intensivliyini iki dəfədən çox aşağı salmağa və Kursk istiqamətində – daha dəqiq desək, Ukrayna tərəfindən ələ keçirilən əraziləri azaltmağa çalışır."



Sizin reklam burada
Sizin reklam burada