Güclü qar və çovğun səbəbindən Türkiyənin Van, Hakkari, Muş və Bitlisdə 988 yaşayış məntəqəsinə gedən yollar bağlanıb.
Van Böyükşəhər Bələdiyyəsi tərəfindən edilən açıqlamaya görə, qar və çovğun səbəbiylə şəhər daxilində 74 məhəllə və 161 mezraya nəqliyyat təmin edilmir.
Qar təmizləmə qrupları söz mövzusu yolların açılması üçün işlərini davam etdirir. Bələdiyyə qrupları şəhər mərkəzi və Başkale mahalında qar yağışının ardından küçə və səkilərdə qar təmizləmə işlərinə başladı. Dükançılar da iş yerlərinin qarşısındakı qar qalaqlarını təmizləyiblər.
Hakkaridə də analoji vəziyyət hökm sürür. Dünən axşam saatlarında şəhərdə başlayan yağış səbəbindən şəhərin mərkəzində qarın qalınlığı 30 santimetrə çatıb. Vətəndaşlar dam örtüyünü, ev və iş yerlərinin qarşısındakı qarı təmizləyiblər.
İl Xüsusi İdarəsindən alınan məlumata görə, şəhər daxilində 284 kənd və mezra yolu nəqliyyata bağlanıb. Qar təmizləmə qrupları kənd yerlərində yolların təmizlənməsi üçün işlərini davam etdirir.
Bələdiyyə və Avtomobil Yolları qrupları da şəhərin mərkəzində və əsas marşrutlarda qar təmizləmə və duzlama işləri aparır. Yüksekovaya təsirli yağan qarla rayon mərkəzi ağ, nəqliyyat vasitələri isə qarla örtüldü.