Tanınmış jurnalist və aparıcı Amil Xəlil yerli televiziya kanallarını bəyənmədiyini bildirən müğənnilərin yenidən eyni efirlərdə görünməsinə sərt reaksiya verib.
News365.az xəbər verir ki, o, sosial şəbəkədə bu məsələyə münasibət bildirərək, belə halların qəbuledilməz olduğunu vurğulayıb:
"Televiziyalarımıza baxmıram" deyən müğənnini efirə çıxaran aparıcıya yazığım gəlir. Mən orada o efiri dayandırar, müğənni ilə sağollaşardım. Onları adam edən həmin TV-lər olub, hələ aparıcı isə yaltaqlıqdan qalmır. Çünki o aparıcılar “hoop” edib efirlərə gəliblər. Milli kanalları bəyənməyən şəxsin, müğənninin efirə gəlməsi şərəfsizlik deyilmi? Heç bir şey!!!"
Amil Xəlilin bu çıxışı sosial şəbəkələrdə geniş müzakirəyə səbəb olub. Onun fikirlərini dəstəkləyənlər olduğu kimi, fərqli yanaşma sərgiləyənlər də tapılıb. Məsələ ilə bağlı müzakirələrin davam edəcəyi gözlənilir.