Novruz bayramı ilə əlaqədar tətil günlərinin sayı artırıldı

Novruz bayramı ilə əlaqədar tətil günlərinin sayı artırıldı
12:11

Azərbaycanda Novruz bayramı ilə əlaqədar tətil günlərinin sayı artırılıb. 

News365.az  xəbər verir ki, bununla bağlı Nazirlər Kabineti müvafiq Qərar verib. 

Qərara əsasən, iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2025-ci il 27 və 28 mart iş günləri ilə müvafiq olaraq 10 mart və 1 aprel istirahət günlərinin yerləri dəyişdirilib. 

Beləliklə, 27 və 28 mart tarixləri qeyri-iş günləri olacaq. 29-30 mart tarixləri isə şənbə və bazar günlərinə düşür.

Bununla da Novruz tətili 11 gün davam edəcək.


Sizin reklam burada
Sizin reklam burada