Rusiyanın 7 aeroportu bağlandı

Rusiyanın 7 aeroportu bağlandı
15 Fev 2025 10:49

Rusiyanın 7 hava limanında müvəqqəti məhdudiyyətlər tətbiq edilir.

News365.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın Federal Hava Nəqliyyatı Agentliyi məlumat yayıb.

Bildirilib ki, Həştərxan, Vladiqafqaz, Volqoqrad, Qroznı, Kaluqa, Saratov və Ulyanovsk hava limanlarında təyyarələrin eniş və uçuşu dayandırılıb.

Məhdudiyyətin mülki hava gəmilərinin uçuşlarının təhlükəsizliyini təmin etmək üçün bu gün səhər saatlarından tətbiq edildiyi qeyd olunub.



Sizin reklam burada
Sizin reklam burada