Putin Suriya liderinə ismarıc göndərdi

Putin Suriya liderinə ismarıc göndərdi
20 Mar 2025 17:50

Rusiya Prezidenti Vladimir Putin Suriya lideri Əhməd aş-Şaraaya ismarıc göndərib.     

News365.az xəbər verir ki, bu barədə məlumatı Kremlin rəsmi sözçüsü Dmitri Peskov açıqlayıb. 

Onun sözlərinə görə, Putin həmin ismarışda Suriyanın suverenliyinin, müstəqilliyinin, birliyinin və ərazi bütövlüyünün təmin edilməsi maraqları naminə ölkədə vəziyyətin tezliklə sabitləşməsinə dair səyləri dəstəkləyib.


Sizin reklam burada
Sizin reklam burada