"Əvvəlcə araşdıraq: Putin nə üçün qəfil şəkildə Zelenskiyə zəng edərək Ukrayna ilə danışmaq istədi?
Hər şey pulla başladı. Putin hakimiyyətə yanlış addımlarla gəldi. Yəni, Ukraynaya hücum və digər oxşar qərarlar – bunların hamısı Rusiya prezidentinin səhv addımları idi. Çünki Rusiya hazırda çox çətin bir vəziyyətdədir. Putin də məhz bu səbəbdən Zelenskini danışıqlara dəvət etdi – maliyyə ehtiyacı üzündən."
Politoloq Mehman İsmayılov bu sözləri News365.az-a deyib.
Putindən sonra Çin lideri gəlib Zelenskinin yanında oturdu və bununla Trampa bir siqnal göndərməyə məcbur qaldı. Si Cinpin ABŞ-a mesaj verdi ki, Rusiya artıq onun peykidir – yəni Çin nəzarətindədir. Bundan sonra ABŞ Rusiyanın könlünü almağa çalışdı və dedi: "Mən sülh istəyirəm, sizin şərtlərinizi yerinə yetirməyə hazıram".
Ardınca, ayın 6-sı gecə – bazar günü – ABŞ adından bir mətbuat konfransı keçirildi. Orada bildirildi ki, Rusiya heç bir şərt irəli sürmədən Ukrayna ilə danışmağa hazırdır.
Amma mən o görüşə gedəcəkdim? Əlbəttə ki, yox. Niyə? Çünki Putinlə müharibəni dayandırmaq siyasi intihardır. Putin Ukraynadakı müharibəni dayandırmaq istəmir. Amma irəliləyə də bilmir, artıq bu bataqlıqdan çıxa bilmir. Vaxt isə onun əleyhinə işləyir."