Prezidentin təyin etdiyi yeni Hərbi Prokuror kimdir? - DOSYE

Prezidentin təyin etdiyi yeni Hərbi Prokuror kimdir? - DOSYE
17:18

əbər verdiyimiz kimi, Bəhruz Vidadi oğlu Əhmədov Baş prokurorun müavini Azərbaycanın Hərbi prokuroru təyin edilib.

Bu barədə Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Bəs Azərbaycanın yeni Hərbi prokuroru kimdir? 

News365.az-ın məlumatına görə, Bəhruz Əhmədov 4 iyul 1984-cü ildə anadan olub. Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib. Əslən Neftçala rayonundandır.

Hüquq-mühafizə və hərbi sahədə uzun illər səmərəli fəaliyyət göstərmişdir. O, Azərbaycan Respublikası Hərbi Prokurorluğunun peşəkar və təcrübəli kadrlarından biri kimi tanınır.

Əmək fəaliyyətinə prokurorluq orqanlarında başlamış Bəhruz Əhmədov bir sıra məsul vəzifələrdə çalışıb, o cümlədən, 2018-ci ilin noyabrında Qazax rayonunun Hərbi prokuroru və 2020-ci il iyulun 9-da isə Azərbaycan Respublikası Hərbi Prokurorluğunun İstintaq idarəsinin rəisi vəzifəsinə təyin edilib.

Yeni Hərbi Prokuror, həmçinin, 2021-ci ildə "Vətən uğrunda" medalı ilə də təltif edilib.


Sizin reklam burada
Sizin reklam burada