Bu, NATO birliyinə böyük zərbə vuracaq - AB diplomatı

Bu, NATO birliyinə böyük zərbə vuracaq - AB diplomatı
17 Mar 2025 22:15

ABŞ-ın Ukraynada mümkün sülhməramlı missiyada Avropa qoşunlarına dəstək verməkdən imtina etməsi NATO birliyini təhdid edər.


News365.az xəbər verir ki, bu barədə “Faynənşl Tayms” qəzeti adı açıqlanmayan AB diplomatına istinadla yazıb.


Nəşr qeyd edib ki, ABŞ Prezidenti Donald Trampın dəstək verməkdən imtina etməsi Ukraynada təklif olunan sülhməramlı missiya ilə bağlı ciddi şübhələr yaradıb:


“Heç kim Ukraynada atəş xəttində ABŞ-ın dəstəyi olmadan az sayda avropalı hərbçi görmək istəmir. Bir şey baş verərsə, bu, NATO birliyinə böyük zərbə vuracaq”.


Sizin reklam burada
Sizin reklam burada