Polşa Ukraynanın Aİ-yə üzvlüyünü əngəlləməklə hədələdi

Polşa Ukraynanın Aİ-yə üzvlüyünü əngəlləməklə hədələdi
15:10

Polşanın Baş nazirinin müavini və müdafiə naziri Vladislav Kosinyak-Kamış bəyan edib ki, əgər Kiyev OUN (Ukrayna Millətçiləri Təşkilatı) və UPA (Ukrayna Üsyançı Ordusu) xadimlərini, xüsusilə də Stepan Banderanın xatirəsini rəsmi səviyyədə ucaltmağa davam edərsə, Varşava Ukraynanın Avropa İttifaqına (Aİ) daxil olmasına razılıq verməyəcək.

Polşalı nazir bu barədə danışarkən qəti mövqe ortaya qoyub:

"Ukrayna Bandera ideologiyası ilə Avropa İttifaqına daxil ola bilməyəcək".

Onun sözlərinə görə, hər bir namizəd ölkə Avropa İttifaqının tələblərinə, o cümlədən tarixi yaddaş və keçmişlə bağlı həssas məsələlərə hörmətlə yanaşmalıdır.

Kosinyak-Kamış həmçinin vurğulayıb ki, Polşa Aİ-nin genişlənməsi ilə bağlı qərarları tamamilə müstəqil şəkildə qəbul edəcək və bu məsələdə səsvermə zamanı heç kim Varşavaya öz iradəsini diqtə edə bilməz.


Sizin reklam burada
Sizin reklam burada