Polis parkda ukraynalı yeniyetmənin cəsədini tapıb

Polis parkda ukraynalı yeniyetmənin cəsədini tapıb
25 Mar 2025 10:04

İspaniyada polis bir neçə gün öncə itkin düşmüş 13 yaşlı ukraynalı uşağın cəsədini parkda tapıb.

Bu barədə “ABC” məlumat yayıb.

“Polis Badaxosda bazar günü itkin düşən 13 yaşlı oğlanın cəsədinin tapıldığını təsdiqləyib”, - məlumatda deyilir.

Nəşrin məlumatına görə, oğlanın anası polisə bildirib ki, o, martın 23-də saat 17:30 radələrində gəzintiyə çıxıb və geri qayıtmayıb.

Ölümün səbəbləri və şəraiti müəyyənləşdirilir. Faktla bağlı araşdırma aparılır.


Sizin reklam burada
Sizin reklam burada